Uşaqkən "ana" olanlar! - MÜZAKİRƏ
15:31 – 12 Mart, 2018

Son günlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan mövzulardan biri, yeniyetmələr arasında abort hallarının artması ilə bağlı səslənən fikirlərlə bağlıdır. Buradan isə belə bir sual yaranır: yeniyetmələrin cinsi tərbiyəsi təşkil olunmalıdır? Nədə səhvlərə yol veririk? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ ətraflı şəkildə müzakirə edilib.

 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Səhiyyə Nazirliyi və digər qurumlar tərəfindən təqdim edilən hesabatlara əsasən 2012-2016-cı illərdə 18 yaşda abort edənlərin 1300-1400 nəfər təşkil edir. K.Əsədov deyib ki, 115-17 yaşlı şəxslər arasında da abort halları olub: "Amma onların məktəbli olub-olmaması ilə bağlı heç bir məlumat yoxdur".

 

Millət vəkili Fazil Mustafa hesab edir ki, məktəblərdə cinsi tərbiyə aşağıdır. Millət vəkili abort halları ilə bağlı xəstəxanalardakı vəziyyətə də toxunub. "Xəstəxanalara bu istiqamətdə azyaşlılar müraciət edəndə, çoxu müəyyən dərəcədə sənədləşdirilmir. Hətta xəstəxanalardan kənarda abortların gerçəkləşdirilməsi ilə bağlı kifayət faktlar var. Dərhal deyirlər ki, mentalitetimiz buna imkan vermir. Necə mentalitet buna imkan vermir? Bizdə olan bu kimi halların səviyyəsi bu gün Fransadan, Almaniyadan daha üstündür".

 

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə zorlanma hallarının əksəriyyəti haqdan sonrada məlumat əldə etmək olur: "Niyə həkimlər o ailələri istiqamətləndirmir? Əgər bu zorlanmadırsa, polisə istiqamətləndirilir, ekspertiza göndərilir və o vaxt abort baş verə bilər. Yox əgər valideyn övladını yanına salıb aparırsa və həkim bunu edirsə, bu cinayətdir".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT