İngiltərədə "Bir müsəlmanı cəzalandır" başlıqlı məktublar yayılır
15:45 – 12 Mart, 2018

İngiltərədə müsəlmanlara qarşı təhlükəli kampaniya başladılıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, kampaniya Terrorizmə qarşı Mübarizə İdarəsini hərəkətə gətirib.

 

"Bir müsəlmanı cəzalandır" başlıqlı məktublar yazılaraq ölkənin müxtəlif yerlərinə göndərilir. Hətta məktubda müsəlmanları nə cür cəzalandırmaq barədə təlimatlar yer alıb. "Bir müsəlmanın üzünə sulfat turşusu tök", "Bir məscidi yandır", "Müsəlman bir qadının baş örtüsünü çıxar" kimi təlimatlar ölkədəki müsəlman əhali arasında qorxuya səbəb olub.

 

Məktubların kim tərəfindən yazıldığı araşdırılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT