Daşkəsəndə mərkəzi poçtdan oğurluq edənlər tutuldu
16:01 – 12 Mart, 2018

Daşkəsəndə oğurluqla məşğul olan bir neçə nəfərdən ibarət dəstə zərərsizləşdirilib. 

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Daşkəsən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində ötən il rayonun mərkəzi poçtundan  bağlamaları oğurlayan rayonun Qazaxyolçular kənd sakinləri - 1987-ci il təvəllüdlü Amid Bağırov, 1991-ci il təvəllüdlü Samir Namazov və 1997-ci il təvəllüdlü Ədil Məmmədov saxlanılıblar.

 

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri yaşadıqları kənddə iki evin hər birindən dəyəri 800 manat olan məişət və ev əşyaları, rayon mərkəzində olan iki mağazanın hər birindən 1000 manat dəyərində əşyalar, ərzaq və danışıq kartları oğurlayıblar. Həmçinin onlar Xoşbulaq kəndində olan bir neçə evdən də məişət əşyaları aparıblar.

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT