Narkotik alverçisini müştərisi ələ verdi - İKİSİ DƏ TUTULDU
16:51 – 12 Mart, 2018

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Balaxanı qəsəbə sakini Nicat Məmmədov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilib.

 

Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 bükümdə çəkisi 2,519 qram qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Araşdırmalar zamanı N.Məmmədova narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib. Məlum olub ki, o, heroini İbrahim adlı şəxsdən alıb. Əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Sabunçu rayon sakini İbrahim Hüseynov da saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan zaman İ.Hüseynovun cibindən 2,308, yaşadığı evdən isə hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan 515 qram heroin aşkarlanaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

X

XƏBƏRLƏR
BÖYÜT