Yevlaxda imtahana gedən məktəblilər qəzaya düşdü - YARALILAR VAR
17:42 – 12 Mart, 2018

Ötən gün Yevlaxda məktəbliləri imtahana aparan mikroavtobus qəza törədib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində baş verib.

 

"QAZ-53" markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan "Ford Tranzit" markalı mikroavtobus toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfərinin vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır. Mikroavtobusun sərnişinləri əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə buraxılış imtahanına gedən 9-cu sinif şagirdləri olub. Daha dəqiqi, 17 sərnişindən 15-i şagird, 1 nəfər müəllimə, 1 nəfər isə məktəbin katibəsi olub. Qəzaya uğrayan mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifariş həyata keçirən nəqliyyat vasitəsi olub.

 

Qəza baş verdikdən sonra yaxınlıqda olan şəxslər məktəblilərin hamısını müayinə üçün Yevlax Mərkəzi şəhər Xəstəxanasına çatdırıblar. Vəziyyətləri ağır olan Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsi qızı, İlyasova Tavat Səyyaf qızı, Qoşqarlı Əntiqə Qardaşxan qızı və Əhmədov Rəvan isə təcili tibbi yardım maşını ilə Mingəçevir şəhər Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT