Ana və oğlu yol qəzasında öldü - SALYANDA
07:32 – 13 Mart, 2018

Salyan rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtoqza zamanı ana və oğlu ölüb.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Salyanın Düzənlik kəndi ərazisində, yeni istifadəyə verilən avtomagistral yolun sərt döngələrinin birində qeydə alınıb.

Salyan sakini, 1983-cü il təvəllüdlü Qaraxanov Pərviz İsa oğlunun idarə etdiyi “VAZ 21099” markalı avtomobillə 1987-ci il təvəllüdlü Şirəliyev Ruslan Ariz oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü R.Şirəliyev və onun anası, 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızı hadisə yerində dünyasını dəyişib.

“VAZ  21099” markalı avtomobilin sürücüsü P.Qaraxanov və "VAZ 2107"-də olan digər sərnişin - Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Kərimova Şərifə Əlimərdan qızı xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

"VAZ 2107" markalı avtomobildə meyiti sıxılıb qalmış sürücü FHN-in Salyan Muğan Regional idarəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT