Tovuzda iki avtomobilin toqquşmasında 2 nəfər yaralanıb
07:38 – 13 Mart, 2018

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə  rayonun İbrahimhacılı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2112” markalı avtomobil hərəkətsiz dayanan “VAZ 2107” markalı avtomaşına çırpılıb. Zərbənin gücündən “Jiquli” də yaxınlıqdakı mağazaya dəyib.

Hadisə nəticəsində Köhnəqala kənd sakinləri, 1990-cı il təvəllüdlü İdrisli Ayaz Xaqani oğlu və 1991-ci il təvəllüdlü Hümbətov Nurlan Cəfər oğlu xəsarət alıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT