Bakıda avtomobil qəfil alışaraq yandı
07:40 – 13 Mart, 2018

Bakının Nərimanov rayonu ərazisində avtomobil yanıb. APA TV xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Məlumata görə, prospektlə hərəkətdə olan "AzSamand" markalı minik avtomobili qəfildən yanmağa başlayıb. Yanğın avtomaşının mühərrik hissəsində yaranıb və salona doğru irəliləyib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırılıb. Yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib. Nəticədə avtomobilə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

X

XƏBƏRLƏR
BÖYÜT