Rusiyadan Tereza Meyə cavab: "Bu, Britaniya parlamentinin sirk şousudur"
08:01 – 13 Mart, 2018

Rusiya Xarici İşlər Nazirliyində Britaniya baş naziri Tereza Meyin bəyanatını sirk şousu adlandırıblar.

APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Tereza Meyin Londonda sabiq rus kəşfiyyatçısının zəhərlənməsində Rusiyanın əli olması ilə bağlı bəyanatına münasibət bildirib.

"Bu,Britaniya parlamentində sirk şousudur. Nəticə aydındır: təxribata əsaslanan növbəti informasiya - siyasi kampaniya. Yeni nağıllar uydurmaqdansa, qoy Krallıqda kimsə bundan qabaqkı işlərin (FTX-nin keçmiş zabiti Aleksandr Litvinenko, oliqarx Boris Berezovski) aqibətinin necə olduğu barədə danışsın”, - deyə M.Zaxarova qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Tereza Mey Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsində əli olmaqda ittiham edib.

X

XƏBƏRLƏR
BÖYÜT