ABŞ-da ehtiyatlar və istehsal artır - NEFT UCUZLAŞDI
10:39 – 13 Mart, 2018

Birjalarda xam neftin qiymətləri sutka ərzində dəyər itirib.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft ötən gün 65,58 dollara satılırdısa, hazırda 64,94 dollardan təklif olunur. WTI markası da 62,05 dollardan 61,34 dollara qədər ucuzlaşıb.

 

Rəsmi hesabata görə, ABŞ-ın qaya nefti istehsal olunan bölgələrində hasilatın aprel ayından gündəlik 131 min barel artacağı təxmin edilir. "Bloomberg"in anketi isə ABŞ-da neft ehtiyatlarının ötən həftə 1,9 milyon barel artdığını göstərir. Ehtiyatların artması, yaxud bu barədə istənilən hesabat qiymətlərdə öz əksini tapır. Ehtiyatlarla yanaşı ölkədə istehsal da artmaqdadır. Bu da qiymətləri zərbə altında saxlayır.

Baş verənlər həm də OPEK-in istehsalı məhdudlaşdırmaqla, qiymətləri bahalaşdırmaq istiqamətində apardığı siyasəti təsirsiz edir. Çünki ABŞ-da istehsalın həcmi və ehtiyatlar artdıqca, bazara çıxardığı neft də artır. Bununla da bazarda təklifin artması və qiymətlərin ucuzlaşması baş verir.

X

XƏBƏRLƏR
BÖYÜT