Şirvanda istixana işçiləri qəzaya düşdü: 15 yaralı
12:15 – 13 Mart, 2018

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan Oil”a məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.

 

Nəticədə mikroavtobusda olan və istixanaya işləməyə gedən 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar Şirvan sakinləri - 1980-ci il təvəllüdlü Xankişiyeva Tünzalə Adil qızı, 1964-cü il təvəllüdlü Dadaşova Fərqiyyə Əbil qızı, 1961-ci il təvəllüdlü Vəliyeva Gülüstan Fazil qızı, 1973-cü il təvəllüdlü Allahverdiyeva Şərafət Arif qızı, 1988-ci il təvəllüdlü Abbasova Tünzalə Rəhimxəlil qızı, 1983-cü il təvəllüdlü Alxanova Şəlalə Ataxan qızı, Məmmədova Mətanət Həsənağa qızı, 1967-ci il təvəllüdlü Əliyeva Gülçiçək Əkrəm qızı, 1983-cü il təvəllüdlü Mirzəyeva Nigar Əvəz qızı, 1977-ci il təvəllüdlü Mirzəyeva Aynur Balaş qızı, 1979-cu il təvəllüdlü Mirzəyeva Könül Əlihüseyn qızı və daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Onlardan bir nəfər reanimasiya şöbəsinə, digər 6 nəfər travmatologiya şöbəsinə yerləşdirilib. Qalan sərnişinlər yardım alaraq ambulator müalicəyə göndərilib.


Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT