Şamaxının dağ kəndlərinə qar yağıb - MAŞINLAR YOLDA QALDI
14:31 – 13 Mart, 2018

Dünən günorta saatlarından başlayaraq Şamaxı rayonunun ucqar dağ kəndlərinə yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, təxminən 30 sm qalınlığında olan qar və buz Şamaxı-Pirqulu yolunda nəqliyyatın hərəkətini çətinləşdirib.

 

Rayonun Qızmeydan, Qəleybuğurd, Pirbəhli, Keçmədil, Qaladərəsi, Sis, Dəmirçi, Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb. Kəndlərə gedən bəzi sürücülər öz minik avtomobilini yolun kənarında saxlayaraq, digər yük avtomobili vasitəsilə hərəkət ediblər.

 

Əraziyə Şamaxı rayon 8 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, hazırda yollara qum-duz qarışığı səpilir, yollar qardan təmizlənir. Buna baxmayaraq, hazırda həmin ərazidə havanın şaxtalı olması və yolların yenidən buz bağlayacağı bildirilir.

X

XƏBƏRLƏR
BÖYÜT