Oğurluqla məşğul olan keçmiş məhkum yaxalandı
14:54 – 13 Mart, 2018

Siyəzəndə oğurluqla məşğul olan keçmiş məhkum yaxalanıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Siyəzən şəhər sakini Rəşad Muradov Siyəzən RPŞ-yə ərizə ilə müraciət edərək bir neçə gün əvvəl iş otağından içərisində 40 manat pul və balansında 360 manat pul olan plastik kartının olduğu pul kisəsinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hicran Qurbanov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun törətdiyi digər cinayətlərin də üstü açılıb. Keçən ilin sentyabr ayının 1-də H.Qurbanovun eyni üsulla Siyəzən rayon sakini olan bir qadının əl çantasından içərisində 5500 manat və 1900 ABŞ dolları olan pul kisəsini, həmçinin və bu il fevralın 28-də daha bir qadının içərisində 20 manat olan pul kisəsini oğurladığı məlum olub. H.Qurbavov bundan əlavə Sumqayıt şəhərində də eyni üsulla bir nəfərin pulunu oğurladığını etiraf edib.

 

Faktla bağlı cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT