Azərbaycan prezidenti Monteneqro parlamentinin sədrini qəbul edib
15:22 – 13 Mart, 2018

Azərbaycan prezidenti İlham Əliyev Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı Azərbaycanla Monteneqro arasında yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu qeyd edərək mütəmadi qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsi işinə töhfə verdiyini deyib.

 

Prezident İlham Əliyev eyni zamanda bildirib ki, Azərbaycanla Monteneqro müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirir, parlamentlərarası əlaqələr də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı ticarət, investisiya sahələrində yaxşı imkanların olduğunu deyib.

 

İ.Brayoviç isə Monteneqro ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyəsini vurğulayaraq, ölkəsinin Azərbaycanla əməkdaşlığın daha da möhkəmlənməsində maraqlı olduğunu deyib. Qonaq bildirib ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn çərçivəsində həllinin tərəfdarıdır. İ.Brayoviç Azərbaycana səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə edib.

X

XƏBƏRLƏR
BÖYÜT