FHN əməkdaşları arasında stolüstü tennis çempionatı başa çatıb
16:10 – 13 Mart, 2018

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında stolüstü tennis üzrə keçirdiyi çempionat başa çatıb.

 

APA TV-nin xəbərinə görə, İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində baş tutan yarışda 19 komandanın 100-ə yaxın əməkdaşı mübarizə aparıb.

 

İki gün davam edən çempionatda həm şəxsi, həm də komanda hesabında qaliblər müəyyənləşib.

 

Komanda hesabında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün rəqiblərini qabaqlayıb. Gümüş medallara Xüsusi Riskli Xilasetmə Xidməti sahib olduğu halda, “üçlüy”ü Dövlət Yanğından Xilasetmə Xidmətinin üzvləri qapayıb.

 

Şəxsi yarışda çempion adına Mövlan Xəlilov (Şimal-Qərb Regional Mərkəzi) yiyələnib. O, finalda Sakit Quliyevi (Dövlət Yanğından Xilasetmə Xidməti) 2:1 hesabı ilə məğlub edib. Üçüncü pilləni isə Faiq Nəcəfi (FHN-nin Akademiyası) tutub.

 

Sonda FHN-nin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev və Həmkarlar İttifaqının sədri Mehman İsmayılov fərqlənən idmançılara uğurlar arzulayıb, hər kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər.

 

Sonda fərqlənənlər diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıblar. 

X

XƏBƏRLƏR
BÖYÜT