Abortun hansı fəsadları ola bilər? - AÇIQLAMA
17:05 – 13 Mart, 2018

Gender-əsaslı diskriminasiya hazırda dünyada qeyri-bərabərliyin ən başlıca səbəbidir. Gender-əsaslı zorakılıq qadınlara, onların ailələrinə, eləcə də ölkələrinə zərər verir və dünyada qadın və kişilər arasında qeyri-bərabərliklərə təkan verir. Azərbaycanda da qız uşaqlarına münasibət zaman-zaman əsas müzakirə mövzusu olub. Bu xüsusilə də özünü selektiv abortların sayının artmasında göstərir. Görəsən Azərbaycan qadınını selektiv aborta təhrik edən əsas amil nədir? Ümumiyyətlə  abortun fəsadları nədir, hansı hallarda abort qadın sağlamlığı üçün risk hesab edilir? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

Ginekoloq Natı Musalı deyib ki, bu gün də bəzi xanımlar hamiləlikdən qorunmaq üçün abortu seçilər. Ginekoloqun sözlərinə görə əslində aborta tibbi göstərişlər əsasında icazə verilə bilər: "Müəyyən xəstəliklər var ki, hamilə qalmaq bu qadına təhlükə törədə bilər. Bu hallarda təklif edirik ki, hamiləlik sonlandırılmalıdır. Bu hallarda məcbur edirik". 

 

Natı Musalı onu da deyib ki, bütün abortlar risk faktoruna malikdirlər: "Abortların müəyyən ağırlıqlarından biri də uşaqlıq daxilində müəyyən yapışıqların əmələ gəlməsidir". Ginekoloq hesab edir ki, cinsiyyətə görə övlad istəməyin hər hansı təqvimlə əlaqəsi ola bilməz: "Bunun 100%-lik yolu, süni mayalanma ilə cinsiyyətin əvvəlcədən təyin edilməsidir. Konkret olaraq oğlan uşağı ana bətninə yerləşdirməklə belə bir hamiləlik əldə etmək olar".      

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT