Mövlud Çavuşoğlu: "PYD/YPG Menbiçdən çəkiləcək, orada ABŞ və Türkiyə olacaq"
17:20 – 13 Mart, 2018

"Martın 19-da Vaşinqtonda baş tutacaq ABŞ-Türkiyə birgə toplantısında əsas müzakirə mövzusu Menbiç olacaq".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu bəyanatla Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

 

Diplomat Ankara ilə Vaşinqton arasında razılığa gəlinəcəyinə əminliyini ifadə edərək, PYD/YPG-nin Menbiçdən çəkiləcəyini bildirib: "Görüşdə bu məsələyə nöqtə qoyulacaq. Menbiçdə tətbiq olunan model yalnız bu bölgə üçün yox, Suriyanın şimalında bütün əraziləri əhatə edəcək. Suriyanın şimalında kürdlər yaşayacaq, amma terrorçular yox. PYD/YPG-nin oranı tərk etməsinə nəzarət edəcəyik. Onlardakı silahların alınıb-alınmayacağı diqqətdə saxlanılacaq. Menbiçdə yalnız ABŞ və Türkiyə ordusu olacaq, təhlükəsizliyə bərabər nəzarət ediləcək".

 

Mövlud Çavuşoğlu PYD/YPG-nin Menbiçdən çıxmayacağı təqdirdə atılacaq addımları da açıqlayıb: "Bu halda hərbi əməliyyatlara start veriləcək. Fəratın şərqindən Deyr əz-Zora qədər, Əsəd qüvvələrinin də olduğu ərazilər təhlükəsiz bölgələr elan ediləcək və burada siyasi qərar verilənə qədər Dəməşqdən heç bir köməklik istənməyəcək. Bu ərazilər yalnız siyasi qərardan sonra yeni yaranacaq hökumətə həvalə ediləcək".

 

Bu əməliyyata Rusiyanın cavabı barədə suala toxunan Mövlud Çavuşoğlu Türkiyənin atacağı addımların Suriyanın ərazi bütövlüyünü pozmayacağını, bu səbəbdən də Rusiyanın narahatçılığına əsas olmadığını bildirib.

X

XƏBƏRLƏR
BÖYÜT