Mingəçevirdə “ASAN Həyat” kompleksi fəaliyyətə başladı
18:25 – 13 Mart, 2018

Prezident İlham Əliyevin fevralın 27-də Mingəçevir şəhərinə səfəri zamanı açılışı olan “ASAN Həyat” kompleksi martın 12-də vətəndaşlara xidmət göstərməyə başlayıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, fevralın 13-də KİV nümayəndələrinin iştirakı ilə regional kompleksə tanışlıq səfəri təşkil olunub.

 

Jurnalistlərin suallarını cavablandıran Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib ki, Mingəçevir “ASAN Həyat” kompleksi fəaliyyət göstərdiyi bir gün ərzində bölgənin 1100-dən çox vətəndaşına xidmət göstərib. Mingəçevir regional “ASAN Həyat” kompleksində 10 dövlət orqanı tərəfindən 32 növ, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə vətəndaşlara 250-yə yaxın müxtəlif xidmətlər göstərilir.

 

Anar Hüseynov bildirib ki, kompleksdə çalışan əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir. Bu mərkəz Mingəçevir şəhərinə, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 767 vətəndaşa xidmət göstərəcək. “ASAN Həyat” kompleksi 68 növ funksional yardımçı xidmət olan bank, sığorta, hüquqi yardım, tərcümə, foto, tibb xidmətləri də həyata keçirir. Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında qurulan fəaliyyətin başlıca hədəfi vətəndaşların rahatlığını təmin etmək, dövlət məmuru-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə nail olmaqdır. Mingəçevir “ASAN Həyat” kompleksinin nəzdində “ASAN Xidmət” mərkəzi ilə yanaşı? ictimai iaşə obyektləri də fəaliyyət göstərir. Vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, kinoteatr, “ASAN Peşə” və “ASAN Kafer” istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər.

 

Qeyd edək ki, Mingəçevir “ASAN Həyat” kompleksi ölkəmizdə fəaliyyət göstərən sayca 13-cü regional mərkəzdir. Onlardan 5-i Bakıda, digər 8-i isə regionlarda - Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı və Mingəçevir şəhərində yerləşir.

X

XƏBƏRLƏR
BÖYÜT