İlahiyyatçı : "İslamda qara bayram yoxdur!"
17:49 – 15 Mart, 2018

Müsəlman Novruzu hansı şərtlərlə qeyd edə bilər?

Hansı Novruz mərasim və ənənələri islamda haramdır? 
Səməni cücərtmək, tonqal qalamaq günah sayılırmı? 
Peyğəmbər də Novruzu
qeyd edib?

Novruz namazı varmı? 
İslamda qara bayram yoxdur?

 

“Novruz İslama aid olmasa da dinimizin qarşı çıxdığı bir bayram deyil. Hər bir  xalqın özünəməxsus yerli  adət-ənənləri var. Şəriət hökmlərinə zidd olmadığı halda İslam milli mərasimləri, o cümlədən də bayramları qəbul edir. Yəni müsəlman müəyyən şərtlər çərçivəsində Novruzu da qeyd edə bilər”.

 

APA TV-nin məlumatına görə, bunu  “Qasımbəy” məscidinin axund müavini, ilahiyyatçı Hacı Samir Ağayev “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, bir neçə elementi çıxmaq şərti  ilə Novruz ənənələri islam prinsipləri ilə ziddiyyət təşkil etmir: “ Məsələn, fal birmənalı olaraq dində haramdır. Hətta əyləncə niyyəti ilə də bayram günü fala baxmaq olmaz. Eləcə də tonqaldan tullanarkən məzmununda şirk olan bəzi deyilmlər günah sayılır. Lakin ümumən Novruz islam dəyərlərinə tərs deyil. Əksinə bir sıra bayram ənənlərini din də dəstəkləyir. Buna misal olaraq, təmizlik işlərinin aparılmasını, küsülülərin barışmasını, qohum-qonşu ilə bayramlaşmağı qeyd etmək olar. Hər biri özlüyündə gözəl əməldir və İslamla da uyğunluq təşkil edir”.

 

İlahiyyatçı qeyd edib ki, İslamda qara bayram yoxdur, lakin belə bir mərasimin keçirilməsi şəriət hökmlərə zidd sayılmır: “ Dini qaynaqlarda qara bayram anlayışı yoxdur. Lakin müsəlman ənənəvi olaraq rəhmətə gedən yaxınına qara bayram keçirirsə, buna haram deyə bilmərik. Eləcə də bayram öncəsi məzarlar ziyarət olunur.  Qəbir ziyarəti İslamda tövsiyyə olunan əməldir. Çünki insan orada dünyanın fani olduğunu, ölümü xatırlayır. Kimsə Novruz qabağı doğmalarının məzarını ziyarət edirsə, bu da islama əks deyil”.

X

XƏBƏRLƏR
BÖYÜT