“Müdriklik məbədi”nin sakinləri olaq!
14:02 – 16 Mart, 2018

Yazıçı-filosof, Azərbaycanın görkəmli ziyalısı Əlisa Nicatın yeni kitabı artıq işıq üzü görüb. “Müdriklik məbədi” kitabı 12 il bundan əvvəl bir dəfə nəşr olunsa da, bu dəfə artıq yenidən işlənib və xeyli yeni materiallar əlavə olunub.

“Müdriklik məbədi” kitabında fəlsəfə tarixi və filosofların həyatı sistemli şəkildə, ölkələr üzrə bölünüb. Bu bölgü kitabın oxunuşunu xeyli asanlaşdırmaqla yanaşı, istənilən filosof haqqında materialı da asanlıqla tapmağa imkan verir.

Bu kitab fəlsəfə tarixini öyrənmək istəyənlər üçün çox qiymətli bir mənbədir. Çünki Əlisa Nicat oxuduğu yüzlərlə kitablardan topladığı materialların vasitəsilə bəşər tarixinə töhfə vermiş ən dəyərli filosoflar, onların nəzəriyyələri haqqında geniş məlumat verir. Yeri gəlmişkən, bu böyük işdə Əlsa müəllimin bir oğlu – dahi Üzeyir bəyin adını daşıyan Üzeyir Əlisaoğlunin zəhməti var. Kitabın ağır redaktə işi məhz onun xidmətidir.

90-cı illərin əvvəllərində Əlisa müəllim rayonda olan evini satdı və yenidən Bakıya gəlib burada özünün məşhur “Turan” jurnalını çıxardı. Bu gün 81 yaşlı filosof Əlisa Nicat bu dəyərli kitabı ərməğan qoymaq üçün yenə borca girib və “Müdriklik məbədi”ni nəşr etdirib. O öz filosof və ziyalı haqqını bizə əvvəldən halal edib, biz də Əlisa Nicatın kimdənsə aldığı maddi borcu qaytarmağa kömək edək və “Müdriklik məbədi”nin sakinləri olaq.

X

XƏBƏRLƏR
BÖYÜT