Əməkdar artist ərinin keçmiş xanımını məhkəməyə verir
17:36 – 27 Mart, 2018

Məşhurlar öncəgörməyə inanırmı? Ekstrasenslərə müraciət edən tanınmışlarımız kimlərdir? Bu və digər sualları APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında Əməkdar artist Naibə Allahverdiyeva, müğənni Sevda Kazımova və ekstrasens Nadim Alıxanov cavablandırıblar.

 

Ekstrasens Nadim Alıxanov deyib ki, ekstrasens baxıcılıq demək deyil. Ekstrasens həmçinin bəzi həmkarlarının bostanına daş atıb: "Efirlərdən bəzi adamları görmüşük. Axı ay Azərbaycan camaatı, ay baxıcılara gedənlər, ekstrasenslər özləri. Bu boyda dodağını şişirdib efirə çıxırsansa, təbii ki, sənə inanmayacaqlar. Qadın kimi paltarları geyinib kimlərləsə dalaşaraq, orada birinin gözünü soxulursansa, orientasiya kimi kişi olaraq özünə kömək edə bilmirsənsə, camaata necə kömək edərsiz? Millət bunu görür. Mən ad çəksəm onların tayını olaram".

 

Müğənni Sevda Kazımova  heç vaxt ekstrasensə müraciət etmədiyini deyib: "Elə bir şey desinlər ki, mən doğrudan ona inana bilim".

 

Əməkdar artist Naibə Allahverdiyeva son günlər şəxsi həyatı ilə bağlı barəsində yazılanlara aydınlıq gətirib: "Burada söhbət əmlak məsələsindən gedir. Mənim qayınatama məxsus olan əmlaka bu insan yiyələnmək istəyir. Qanunla bunun ixtiyarı yoxdur, çünki 2013-cü ildə boşanıb mənim yoldaşımdan, çıxıb gedib. Bunun mənə heç bir dəxli yoxdur. Bu onların öz həyatlarıdır. O saytlarda yazır ki, guya mən onun evini dağıtmışam. 2013-cü ildə özü yoldaşımdan boşanıb. Yoldaşımın xəbəri olmadan. 2016-da da, mən onunla evlənmişəm. 2016-da yoldaşımla Siyəzəndə tanış olmuşuq. O mənə deyib ki, evli deyiləm. Yəni arasında 4 il fərq var". Aktrisanın sözlərinə görə bu ittihamda əsas məqsəd təzyiq vasitəsilə qayınatasına məxsus mənzilə sahib olmaqdır: "Deyir əgər sən onlara təsir eləməsən, mən çıxıb səni hər yerdə biabır edəcəyəm. Özünüz bilərsiniz, mən qayınatama heç bir təsir göstərə bilmərəm. O qadın məndən əl çəkməsə mən onu məhkəməyə verəcəyəm".   

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT