Hansı saatlarda görülən yuxu gerçək olur?
10:18 – 30 Mart, 2018

İslam yuxu yozmalarını qəbul edir?

Hansı röyalar gerçəkləşir?

İnsan gələcəyindən necə xəbər tuta bilər?
Allah baş verəcək hadisəni yuxu ilə agah edirmi? 
Yuxunu kim, necə yoza bilər?
Vanqa, Nostradamus kimi öncəgörücülərə dinin münasibəti...

 


 

 

“ “Qeyb” ərəb dilindəki “ğeyb” sözündən götürülüb və hərfi mənası hiss orqanları ilə müəyyən edilməyən, dərk olunmayan deməkdir. Bu geniş mövzudur və nisbi mahiyyət daşıyır. Yəni biri üçün qeyb sayılan digərinə aşkar ola bilər”. 

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Ağarəşid Talıbov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki,  nisbi qeyb zamana və insana görə dəyişir: “ Məsələn, mələk qeyri-maddi varlıqdır. O, gözlə görünməz və  insana görə qeyb aləminə aiddir. Amma mələklər özləri və Allah üçün qeyb sayılmaz.  Həmçinin elə mözvu ola bilər ki, daha öncə qeyb sayılıb,  amma zamanla aşkara çıxıb”.

 

İlahiyyatçı qeyd edib ki, peyğəmbərlər də Allahın izni ilə qeybi bilib: “Bunu isbat edən ayələr var. Doğrudur qeybin açarları yalnız uca Yaradanın əlindədir. Lakin Rəbb istədiyi insana o elmin məlumatlarını ötürə, gələcək ilə bağlı xəbər verə bilər.  Bu yuxu və ilham vasitəsi ilə də mümkündür. Məsələn, kiminsə ürəyinə damar, yaxud da yuxuda görər. Amma onu qeyd etməliyik ki, hər röya da həqiqət  deyil. Şeytanın təsir etdiyi yuxular yalan olur. Ümumən isə röyanın təsirinə düşmək, həyatı, işi ona görə yönləndirmək doğru deyil. Yuxuya çox etimad etmək, inanmaq ciddi fəsadlara da səbəb ola bilər”.

 

A.Talıbov islamın yuxu yozumuna münasibətinə də aydınlıq gətirib: “ Yalnız dini mənbələrə, peyğəmbərlərə istinad edilən yuxu yozumları doğrudur. Bu islamın yanaşmasıdır. Əks halda həqiqət sayılmır. Ola bilər ki,  hansısa yozum doğru çıxa, amma bu, sırf təsadüfən mümkündür.  Bir də xüsusi saatlar var ki, həmin vaxt görülən röya gerçəkləşə bilər. Bu sübh və günorta namazlarından əvvəl görülən röyalara aiddir. Lakin bu da birmənalı olaraq, həqiqət kimi qəbul edilməməlidir. Yəni gerçək ola da bilər, olmaya da. Röyaya çox aludə olmaq məsləhət deyil”.

X

XƏBƏRLƏR
BÖYÜT