Ali məktəblərə qəbul prosesində bu il hansı yeniliklər var?
15:51 – 03 Aprel, 2018

Artıq ali məktəblərə qəbul imtahanları ilə bağlı sınaq imathanları keçirilir. Ali təhsil müəssisələrinə imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan abituriyentlər qeydiyyata görə hər hansı ödənişdən azaddırlar və bu bilavasitə dövlət hesabına həyata keçiriləcək. APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında abituriyentlərin qeydiyyat və sınaq imtahanlarında iştirak məsələlərindən danışılıb.

 

Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib ki, imtahan vermək istəyən abituriyent ilk növbədə saytda şəxsi kabinetini yaratmalıdır: "Şəxsi kabinet bir dəfə yaradıla bilər, ömürlükdür. Ona görə şəxsiyyət vəsiqəsinin məlumatları əsasında yaradılır. "Email"i daxil etmək vacibdir". Qurum rəsmisi deyib ki, cari ilin məzunları imtahanları, məktəbi qurtardıqları bölgədə verirlər: "Amma əvvəlki illərin məzunlarını faktiki yaşadıqları ünvana görə imtahana salırıq".

 

Xanlar Xanlarzadə deyib ki, elektron ərizədə abituriyentlər üçün üç seçim imkanı verilir: "Onların şansları var ki, 1-ci və 2-ci ixtisas qruplarının biri üzrə qeydiyyatdan keçsinlər. Eyni zamanda 5-ci ixtisas qrupu üzrə qeydiyyatdan keçsinlər. Həmçinin 11-ci sinif bazasında kolleclərə sənəd vermək istəyənlər qeydiyyatdan keçsinlər. Kim kollecin də imtahanında iştirak etmək istəyirsə, mütləq bunu qeyd etməlidir. Seçim imkanı vermişik. Yəni iki dəfə qəbul imtahanında iştirak edə bilərlər".

 

Qurum rəsmisi ixtisas seçimi zamanı yarana biləcək situasiyalardan danışıb: "Abituriyent hər iki imtahanda eyni ixtisas qrupunu seçib. O zaman o artıq seçir ki, mən hansı imtahanın nəticəsi ilə müsabiqədə iştirak etmək istəyirəm. İcazə veririk ki, 15-ə yaxın ixtisasın kodunu öz ərizələrində qeyd etsinlər". X.Xanlarzadə deyib ki, imtahanda birinci dəfə iştirak edən abituriyentin imtahanda iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək: "Cari ilin məzunları ödənişdən azaddırlar. Əvvəlki illərin məzunlarına gəldikdə isə, kim ki sənəd təqdim etməyibdir, həmin abituriyentlər üçün də imtahan pulsuzdur. Amma əgər abituriyent istəsə ki, o biri imtahanda da iştirak etsin, onda ödəniş etməlidir". 

 

APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.   

 

X

XƏBƏRLƏR
BÖYÜT