Nazirlər və icra başçıları komandir kimi! - MÜZAKİRƏ
13:52 – 04 Aprel, 2018

Müharibə şəraitində hər bir dövlət məmuru həm də öz sahəsinin komandiridir. APa APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında maraqlı bir mövzuya toxunulub.

 

Polkovnik Şair Ramaldanov hesab edir ki, sərhədyanı rayonlarda icra başçıları ilə komandirlə arasındakı sıx əlaqə hansısa qanun çərçivəsində olmalıdır: "Birinci Qarabağ müharibəsi göstərdi ki, müharibə, döyüşlər olan vaxtı ora yaxın olan müəssisələr, profilaktoriyalarda olan bütün avadanlığı ordan götürüb evakuasiya edirdilər. İndi icra başçıları komandirlərlə birlikdə indi bunları planlaşdırmalıdır".  Polkovnik səfərbərlik məsələsinə də toxunub: "Bilmək lazımdır ki, səfərbərlik elan olunsa, bilmək lazımdır ki, bir partiya getdikdən sonra onun yerinə kim oturacaq. Onu bu gün planlaşdırmaq lazımdır, o gedəndən sonra yox"

 

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, cəbhəyanı rayonlara vaxtilə korpus komandiri olmuş şəxslərin icra başçısı təyin edilməsi, həmin ərazilərdə nizam-intizamın güclənməsinə səbəb ola bilər: "Müdafiə nazirliyi məlumatı verməlidir. Nazir, Baş qərargah rəisi hərbi hissənin açılışında, əsgərlərin yanında, və yaxud hər hansı bir bayramda. Amma kostyumda görünən icra başçısı elə bil ki, istər-istəməz düşmənə siqnal verir". Hərbi ekspert icra başçılarının təxliyə planlarına xüsusi yetirmələrini vurğulayıb.  ÜZeyir Cəfərovun hesab edir ki, icra başçılarının hərbi kurslara getməsi vacibdir.

 

APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT