Autizm, yoxsa əqli inkişafdan geri qalma?
17:05 – 04 Aprel, 2018

Bütün dünyada olduğu kimi Azərbaycanda da aprel ayı autizm maarifləndirmə ayı kimi qeyd olunur. Autizmə bu gün dünyanın müxtəlif ölkələrində rast gəlinir. Təəssüf olsun ki, ölkəmizdə getdikcə autizmdən əziyyət çəkənlərin sayı artır. Rast gəlmə tezliyinə görə də Azərbaycan dünya ölkələri arasında ön pillələrdədir. Ölkəmizdə autizmin geniş yayılmasına səbəb nədir? Ümumiyyətlə, autizm sadəcə əqli inkisafdan geri qalmadırmı? Uşağın autizmdən əziyyət çəkdiyini necə bilmək olar? Autizmli uşaqlarla necə davranmaq lazımdır? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədli ilə deyib ki, autizmlə əqli inkişafdan geri qalma bir-birindən fərqli anlayışlardır: "Əqli geriliyi olan uşaqların göz təması olur, gözə baxır, o qədər davranış pozuntusu olmur. Çox sakit olurlar, maraqsız olurlar. Amma autizm tamamilə başqadır, onlarda ağır vaxtlarda qəzəblənmə prosesi olur. Səbəbsiz yerə gülür, səbəbsiz yerə ağlayır, insanlardan qaçır". Çiçək Məmmədlinin sözlərinə görə uşaqlarda autizm əlamətlərini doğulduqları andan hiss etmək mümkündür.

 

Autizmin müalicəsindən danışan Ç.Əliyeva deyib ki, bu xəstəlikdən tam qurtulmaq mümkün deyil: "Əvəzində nə qazanacaq? Sadəcə özü-özünə qulluq etmək vərdişləri olacaq. Ətraf mühitlə ünsiyyətə girmə bacarıqları olacaq". Çiçək Əliyeva  autizmin meydana gəlməsində  genetik və infeksion faktorların rolundan danışıb. İctimai Birliyin rəhbəri hesab edir ki, valideynlər autizm problemi yaşayan övladlarına görə utanmamalıdırlar.

 

Çiçək Əliyeva həmçinin autizmdən əziyyət çəkən uşaqların reabilitasiya prosesindən danışıb.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT