4-cü hakimiyyət: böyüksən, ya kiçik? - MÜZAKİRƏ
13:17 – 09 Aprel, 2018

Coğrafiya institutunun direktoru, akademik Ramiz Məmmədovun ona sual verən jurnalisti təhqir etməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Ümumiyyətlə hər dəfə bu tip situasiyalarla rastlaşanda, belə bir sual ortaya çıxır: Dördüncü hakimiyyət: böyüksən, yoxsa kiçik? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu suala aydınlıq gətirilib.

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teleaparıcı Elçin Əlibəylinin sözlərinə görə Azərbaycan jurnalistləri haqqında kim nə desə haqqı var: "Bunun bir səbəbkarı reket jurnalistikası oldu. Bunun bir səbəbkarı oldu qorxaq jurnalistika. Qeyri-peşəkarlar jurnalistika sahəsinə doluşdular. Xüsusilə televiziya sahəsində, xəbərlər sahəsində, informasiya sahəsində çalışanlardan söhbət gedir. Biz öz sözümü o səviyyədə göstərdik ki, bu sözü haqqı elədik".

 

"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal deyib ki, bu gün Azərbaycan mediası haqqında kortəbii fikir yaranıb: "Əyalətlərdə bu məsələlər dəhşətli bir vəziyyətdədir. Bu adamlar bütün günü qramotalar, diplomlar çıxarırlar və Ağsu perevalında kafelərin sahiblərinə aparıb hansısa sayt adından, hansısa ictimai birlik adından 5-10 manata paylayırlar".

 

Yazar Kəramət Böyükçöl hesab edir ki, Azərbaycan jurnalistikası mövzu qıtlığından əziyyət çəkir. "Deyirlər ki, jurnalist yeri gələndə həyasız olmalıdır. Çünki bu cür fikir formalaşıb. Bu gün həyasız jurnalistlərə daha çox ehtiyac var. Bu gün sırtıq jurnalistlərə daha böyük ehtiyac var. Bu gün xarici görkəmə görə qəşəng qızlara daha böyük ehtiyac var".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT