Kimlər sosial mənzil ala biləcək? - RƏSMİ AÇIQLAMA
16:39 – 10 Aprel, 2018

Mənzil İnşaatı Dövlət Agentliyi artıq uzun müddətdir səbisizliklə gözlənilən mənzillərin satışını elan edib. Düzdür, hələ ki, satış yalnız bir yaşayış kompleksi üzrə həyata keçiriləcək, sonradan başqa ərazilərdə də binaların tikintisi nəzərdə tutulur. Sosial evlərdə kimlər mənzil sahibi ola bilər? Bu layihə aztəminatlı ailələrin mənzil durumunun yaxşılaşdırılmasına necə təsir göstərəcək?

 

Mənzil İnşaatı Dövlət Agentliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Fərman Qurbanlı sosial mənzillər üzrə  müəyyən edilmiş bəzi kateqoriyaları sadalayıb: "Gənc ailənin üzvü olan şəxslər üzrə deyə bilərik ki, məcburi köçkün ailəsinin üzvləri, milli qəhrəman ailəsinin üzvləri, gənc ailənin üzvü olan fəlsəfə elmləri doktorları, gənc ailənin üzvü olan beynəlxaq yarışlarda birinci, ikinci yer tutan idmançılar və dövlət qulluğunda ən az 3 il xidmət edən şəxslər aiddir. Gənc ailə dedikdə yaşı 35-dən çox olmayan, nikahda olan və ya himayəsində olan ailə nəzərdə tutulur. Evli olduqda hər iki şəxsi yaşı 35-dən çox olmamalıdır". F.Qurbanlının sözlərinə görə bu kateqoriyaların gələcəkdə artırılması nəzərdə tutulur.

 

Qurum rəsmisi deyib ki, Yasamal Yaşayış Kompleksində bütün mənzillərin satışı tam təmirli şəkildə həyata keçirilir. Fərman Qurbanlının sözlərinə görə Agentliyin sərəncamında olan mənzilləri sosial təyinatlı mənzillərlə eyniləşdirirlər: "Bu mənzillər sosial təyinatlı mənzillər deyil". Qurum rəsmisi hazırda satışa çıxarılan mənzillərin qiymətlərinin orta bazar qiymətlərindən 40% aşağı olduğunu deyib.  Fərman Qurbanlı bu günə qədər Agentliyə 8.000 müraciətin daxil olduğunu, eləcə də 8.200-ə yaxın vətəndaşın elektron kabinet əldə etdiyini vurğulayıb.      

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT