Azərbaycanlı müğənni ailə qurur – Toyumun vaxtı dəqiqdi
11:56 – 11 Aprel, 2018

Müasir mahnıların keyfiyyəti qaneedicidirmi? Bəstəkarlar və müğənnilər dinləyici tələbatını ödəyə bilirmi? Bu və digər sualları APA TV-nin "Showtime" layihəsində bəstəkar - müğənni Tunar Rəhmanoğlu və müğənni Yeganə Akbudak ( Mürsəlova) cavablandırıblar.

 

Müğənni Yeganə deyib ki, nikah şəhadətnaməsini üstündə gəzdirir: "Ayıbdır, söz tapmıram deməyə. Yazıq kişi gəlib mənimlə efirlərə də çıxır. Ailə insanlar üçün niyə bu qədər önəmlidir. Ailə gözəldir, müqəddəsdir, evdə". Müğənni, həyat yoldaşının onun barəsində mediada yayılan xəbərlərə münasibətindən danışıb:  "Əvvəl o da mənim kimi idi. Əsəbiləşirdi, oturub baxırdı, yazırdı ki, dur efirdən çıx. Deyirdim ki, yox bu aparıcının səhvidir. Ondan sonra bir də yığırdı, ürəyim pişiyim, gəl efirə, getmirdim efirə".

 

Müğənni Tunar Rəhmanoğlu yaxın aylarda ailə həyatı quracağını bildirib: "Düşmür dəqiq vaxt demək. Həmişə deyirik, vaxt gəlib çıxmır. İnşa Allah olacaq. Yaxın aylar ərzində olmalıdır. Yaxşı xəbərlər olmadı. Bir-iki dəfə göstərdilər. İndi şükür Allah yaxşıya doğru gedir. Bu yaxınlarda ailə həyatı qurarıq".

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT