“Buna görə aparıcı Elgiz məndən üzr istədi” – Azərbaycanlı müğənni
11:59 – 11 Aprel, 2018

Efirdə hansı mövzuları müzakirə etmək olar? Bugünkü tamaşaçıya nə maraqlıdır? Bu və digər sualları APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında müğənnilər Lətifə Soyuöz və Yaşar Yusub cavablandırıblar.  

 

Müğənni Yaşarın deyib ki, maqazin proqramları sənətçilərin problemlərini həll etmək üçün deyil: "Kimsə çıxıb danışsın, Yaşar da maqazindən çıxıb onu söysün. Bunu tamaşaçılar əslində bu neçə ildə görməyib. Danışmaq mənə yaraşmaz". Müğənninin sözlərinə görə şou-biznesdəki bütün yaxşı müğənniləri özünə rəqib hesab edir.

 

Müğənni Lətifə Soyuöz hesab edir ki, Azərbaycan musiqisində geriləmə gedir: "Biz bunun üçün çalışırıq, ən yaxşı oranjımanı edirik, amma həvəsdən də düşürük 90-cı illərdə biz daha müasir, açıqfikirli idik. Dünyanın heç bir yerində artıq açıq-saçıq müzakirə olunmur". Müğənni son zamanlar sosial şəbəkələrdə onunla bağlı müzakirə olunan məsələyə də münasibət bildirib: "Əslində şortun üstündə çox uzun bir xalat vardı. Elə bil bir bum oldu, məndən sonra hamı başladı açıq geyinməyə ki, söhbət olsun".  Lətifə hesab edir ki, sənətdə onun oxuduğu janrda rəqibi yoxdur.    

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq  www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT