Ərdoğan araya girdi: "Trampla danışdım, Putinlə də danışacağam"
15:48 – 12 Aprel, 2018

"Suriyanın bilək yarışı sahəsinə çevrilməsinə imkan verməyəcəyik. Trampla danışdım, Putinlə də söhbət edəcəyəm".


APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Suriyada terrorçulara qarşı əsl mübarizəni ölkəsinin apardığını deyən Ərdoğan digər dövlətləri öz gizli məqsədləri naminə İŞİD və PYD/YPG-dən istifadə etməkdə günahlandırıb: "Terrorçuları xilas etmək istəyənlər bunu bacarmayacaq. Suriyada terrorun kökünü kəsəcəyik. Bu torpaqlarda insanların rahat yaşaması üçün bunu edəcəyik, "Fərat qalxanı", "Zeytun budağı" əməliyyatlarında necə etdiksə. Afrində 4123 terrorçunu zərərsizləşdirdik, İraqın şimalında 337 terrorçunu məhv etmişik".

Türkiyə prezidenti Şərqi Qutada kimyəvi silahdan istifadə edilməsi məsələsinə toxunub, belə hücumların qarşısının mütləq alınmalı olduğunu deyib. Menbiçlə bağlı danışan Ərdoğan Türkiyənin yeni əməliyyat keçirib-keçirməyəcəyinə münasibət bildirib: "Müttəfiqlərimizin əsgərlərinə silah doğrultmayacağıq. Amma onlara da terrorçuların yanında olmamağı bir daha məsləhət görürük. Nə Rusiya ilə enerji anlaşmalarımızdan, nə ABŞ-la müttəfiqliyimizdən, nə də İranla əlaqələrimizdən vaz keçməyəcəyik".

Ərdoğan deyib ki, kimsənin Suriya torpaqlarını hərbi müdaxilələrlə viran qoymağa haqqı yoxdur: "Suriyada yalnız Türkiyənin olduğu yerlərdə əmin-amanlıq var. Olduğu yerə sülh gətirən yeganə ölkə Türkiyədir. Qatil Əsədi dəstəkləyənlər də, PYD/YPG-ni dəstəkləyənlər də böyük səhv edirlər".

 

X

XƏBƏRLƏR
BÖYÜT