NATO: Suriyada başladılan əməliyyatı dəstəkləyirik
12:11 – 14 Aprel, 2018

"Hərbi əməliyyatı dəstəkləyirik. Kimyəvi hücuma görə məsuliyyət daşıyan hər kəs cavab verməlidir".

 

APA TV-nin məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stotlenberqin yazılı bəyanatında deyilir.

 

Bəyanatda ABŞ , Böyük Britaniya və Fransanın Bəşər Əsədin kimyəvi silah bazalarına yönəlmiş hərbi əməliyyatının dəstəkləndiyi, bu addımın rejimin Suriya xalqına yenidən kimyəvi hücum təşkil etmək gücünü zəiflədəcəyi bildirilir: "Kimyəvi silahların istifadəsi qəbuledilməzdir və məsuliyyət daşıyanlar cavab verməlidir. NATO kimyəvi silahlardan istifadəni beynəlxalq sülhə bir təhdid olaraq görür".

 

X

XƏBƏRLƏR
BÖYÜT