Putin: "Baş verənlər Suriyanın suverenliyinə təcavüzdür"
12:24 – 14 Aprel, 2018

Rusiya prezidenti Vladimir Putin ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyada bəzi obyektlərə hərbi zərbələr endirilməsinə münasibət açıqlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Kreml rəhbəri ABŞ və müttəfiqlərinin BMT nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının (TŞ) sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endirdiyini deyib.

 

V. Putin hadisəni suveren dövlətə qarş təcavüz aktı adlandıraraq, BMT TŞ-nin təcili iclasını çağırdıqlarını deyib.

 

Müttəfiqlər də öz növbəsində Suriyadakı böhran və kimyəvi hücumla bağlı BMT TŞ-na müraciət edərək, gələcək fəaliyyətlər barədə qərarların verilməsinin vacib olduğunu qeyd edirlər.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT