Yevlaxda "Ford" "KamAZ"la toqquşdu - 1 ÖLÜ, 2 YARALI
13:15 – 14 Aprel, 2018

Yevlaxda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Yevlax şəhər ərazisindən keçən hissəsində baş verib.

 

Orxan Əlverdiyevin idarə etdiyi "Ford Transit" markalı avtomobil Aydın Vəliyevin idarə etdiyi "KamAZ"la toqquşub. Hadisə zamanı 31 yaşlı Orxan Əlverdiyev, onun həmyaşıdı İlkin Yusibov və 25 yaşlı Emin Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Yaralılara ilkin yardım göstərilib. Həkimlərin səyinə baxmayaraq, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT