Yağış sabah da davam edəcək
13:47 – 14 Aprel, 2018

Aprelin 15-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, havanın günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, sabah güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13 dərəcə, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT