Ruhani Əsədə zəng etdi: "Yanınızdayıq!"
15:37 – 14 Aprel, 2018

Həsən Ruhani ilə Bəşər Əsəd arasında  telefon danışığı  olub.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, müttəfiqlərin Suriyaya hücumundan sonra Həsən Ruhani Bəşər Əsədə zəng edərək, rejimə dəstək olduğunu bildirib.

"Yanınızdayıq. Heç bir narahatçılığa ehtiyac yoxdur" - deyə, İran prezidenti vurğulayıb.

 

Bəşər Əsəd isə qərbin idarəetməni itirdiyinə görə hücum etdiyini deyib. O, raket zərbələrinin Suriya xalqının qətiyyətini daha da artıracağını deyib.


Telefon danışığında İranın hərbi qüvvələrinin Suriyada artırılması da müzakirə edilib.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT