Pentaqon Suriyada əməliyyatın dayandırıldığını açıqladı - TRAMP DAVAM DEDİ
16:25 – 14 Aprel, 2018

"Əməliyyatlara hələlik fasilə vermişik. Zərbələrin endirilməsinə davam etmək kimi fikrimiz yoxdur. Müttəfiqilərlə danışıqlarımız davam edir".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Pentaqon rəhbəri Ceyms Mettis mətbuat konfransında deyib.

 

"Biz rejim qüvvələrini hədəf almışdıq. Sivil və digər qüvvələrin mövqelərini vurmamaq üçün xüsusi hesablamalar aparılıb. Əsəd hökuməti kimyəvi hücuma görə cavab verməli idi. Müttəfiqlərlə keçənilki müdaxiləmizdən iki dəfə daha çox resursdan istifadə etdik" - deyə, Ceyms Mettis açıqlama verib.

 

Növbəti əməliyyatların vaxtı barədə suala isə Pentaqon rəhbəri "hələlik gələcək əməliyyatlar barədə bir planımız yoxdur" cavabını verib.

 

Ağ Ev rəhbəri Donald Tramp isə Suriyaya hücumla bağlı açıqlamasında Əsəd rejiminin kimyəvi silahdan imtina edənədək Suriyadan çıxmayacaqlarını bildirib.

X

XƏBƏRLƏR
BÖYÜT