Qazaxda gənc qadın güllələnib - CİNAYƏTKAR QAÇIB
17:39 – 14 Aprel, 2018

Qazax rayonunda güllələnmə hadisəsi baş verib.

 

APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

 

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT