Ermənilər Serj Sarkisyanın baş nazir olmasını istəmir - MİNLƏRLƏ SAKİN KÜÇƏLƏRƏ ÇIXDI
16:57 – 14 Aprel, 2018

İrəvanda yüzlərlə insan Ermənistan radiosunun binasına daxil olmağa cəhd edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə yerli mətbuat orqanları yazıb.

 

Şəhərin mərkəzində baş tutan mitinqdə minlərlə insan Serj Sarkisyanın baş nazir postuna namizədliyinə etiraz edib.

Xatırladaq ki, "Respublika" partiyasının iclasından sonra baş nazir postuna Serj Sarkisyanın namizədliyi irəli sürülüb.

 

Bundan sonra İrəvanın mərkəzində minlərlə insan etiraz üçün küçələrə axışıb. Etirazçılar "Serjə qarşı addım at" şüarlarını səsləndirərək mərkəzi yolları bağlayıb.

 

Müxalifət lideri Nikol Paşayanın canlı efir tələbinə etiraz edilməsindən sonra isə etirazçılar radio binasına basqın edib.

 

X

XƏBƏRLƏR
BÖYÜT