Bakı polisi: Mitinqdə 1000 nəfər iştirak edib
17:59 – 14 Aprel, 2018

Bakıda Milli Şuranın mitinqi keçirilib. APA TV-nin xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş "Məhsul" stadionunda baş tutub.

 

Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən təmin olunub. Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirdiyi mitinqlə bağlı yaydığı məlumatda bildirilir ki, saat 15:00-dan 17:00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA" hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

X

XƏBƏRLƏR
BÖYÜT