Xaçmazda polis əməkdaşı yol qəzasında dünyasını dəyişib
22:54 – 15 Aprel, 2018

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Hacıqurbanoba yolunda baş verib.

1990-cı il təvəllüdlü Məmmədov Adəm Yavər oğlunun idarə etdiyi “VAZ 2107" markalı maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü A.Məmmədov dünyasını dəyişib.

Məlumata görə, o, Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT