Yağan yağışlar Zaqatalada fəsadlar törədib
22:56 – 15 Aprel, 2018

Zaqatalaya yağan güclü leysan yağışları bir sira fəsadlar törədib. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, aprelin 13-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürür.

Fasilələrlə qısa müddətli yağışlar yağıb, havanın tempraturu 8-10 dərəcə aşağı düşüb. Aprelin 14-dən 15-ə keçən gecə Zaqatala rayonu ərazisində güclü leysan yağışları yağıb. Dağlara yağan yağışlar nəticəsində mənbəyini dağlardan götürən iri və xırda çaylarda suyun səviyyəsi qalxıb, bəzi çaylarda qısa müddətli sel yaranıb.

Dağlara yağan güclü leysan nəticəsində rayonun Mazıx kəndi ərazisindən axan Dəli çayında qısa müddətli sel yaranıb, çay öz məcrasından çıxıb. Nəticədə çayın sağ və sol sahilində olan 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15 -ə yaxın evin birinci mərtəbəsinə su dolub, xeyli sayda ev quşları tələf olub, kəndin yaxınlığındakı fındıq bağları sel suları altında qalıb.

Çayın kənarında olan və Mazıx kənd sakininə məxsus “VAZ 2106” markalı avtomaşını sel suları aparıb. Leysan yağışları nəticəsində qəzalarla bağlı gecə saatlarında rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Mamrux, Höytala, Yolayrıc və Maqov kəndlərində də bir sıra evlərin həyətyanı sahələrini yağış suları basıb, sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib.

Zaqatala rayon Fövqaladə Hallar Komissiyasının əməkdaşları gecə saatlarından başlayaraq Mazıx və digər kəndlərdə yaranan problemlərin həlli istiqamətində işlər aparır, sakinlərə və kəndlərə dəymiş ziyan hesablanır. Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları baş verən qəzaların aradan qaldırılması istiqamətində işlər aparır, səhər saat 10 radələrinə rayon ərazisinə elekrik enerjisinin verilməsi bərpa edilib.

X

XƏBƏRLƏR
BÖYÜT