Xınalığa 48 sm qalınlığında qar yağıb - ŞAXTA VAR
22:57 – 15 Aprel, 2018

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, bölgəyə qar yağmağa başlayıb.

Quba və Qusarın dağlıq ərazilərinə 48 sm qalınlığında qar düşüb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.

Qubanın Xınalıq kəndinə 48 sm, Qırız kəndində 28 sm, Xaltanda 12 sm, Qusarın Ləzə kəndində 20 sm, Xızının Altıağac qəsəbəsində 16 sm qalınlığında qar yağıb.

X

XƏBƏRLƏR
BÖYÜT