Ağsuda çörək sexində güclü yanğın olub
03:09 – 16 Aprel, 2018

Ağsu rayonunda çörəkbişirmə müəssisəsində yanğın baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağsu şəhərindəki mərkəzi bazarın yanında yerləşən və sahibkar, 1950-ci il təvəllüdlü İsmayılov Mustafa Əbil oğluna məxsus ümumi sahəsi 345 kv/m olan çörəkbişirmə sexində qeydə alınan yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir Dövlət Yanğından Mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı müəssisənin 313 kv/m-lik hissəsi yanıb, ona bitişik 345 kv/m-lik digər ticarət obyekti və yaxınlıqdakı bazar yanğından mühafizə edilib. Yanğın saat 12:30 radələrində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT