Almaniyada təyyarələr havada toqquşub - ÖLƏNLƏR VAR
03:12 – 16 Aprel, 2018

Almaniyada iki təyyarə havada toqquşub. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində azı 2 nəfər ölüb.

Hadisə ölkənin cənub-qərb bölgəsindəki Baden-Vürtemberq federal torpaqlarında baş verib. Məlumata görə, qəza zamanı idman təyyarəsi yüngülmühərrikli təyyarə ilə toqquşub. Həmin vaxt idman təyyarəsi eniş zolağına yaxınlaşırmış. Ehtimal olunur ki, günəş şüası pilotun gözünə düşdüyü üçün qəzadan vaxtında yayına bilməyib.

Hadisənin dəqiq təfərrüatları araşdırılır.

X

XƏBƏRLƏR
BÖYÜT