ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb
03:14 – 16 Aprel, 2018

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

APA TV-nin məlumatına görə, bunu bu gün CBS telekanalına müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

Onun sözlərinə görə, sanksiyaların budəfəki hədəfi "Suriya hökuməti ilə əməkdaşlıq edən" bir sıra Rusiya şirkətləri olacaq. Rusiyaya qarşı yeni sanksiyaların Suriya rejiminin dəstəklənməsi və Suriyada kimyəvi silahdan istifadə edilməsi ilə bağlı olduğu açıqlanıb.

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları sabah açıqlanacaq.

 

X

XƏBƏRLƏR
BÖYÜT