Ərəb Dövlətləri Liqası Suriyaya qarşı əməliyyatı dəstəklədi
10:12 – 16 Aprel, 2018

Ərəb Dövlətləri Liqasının sammiti Suriya hökumətini kimyəvi silahdan istifadə etməkdə günahlandırıb və beynəlxalq araşdırmanın keçirilməsini tələb edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr bəyan edib.

 

"Ərəb Dövlətləri Liqası Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı kimyəvi silah istifadə etməsini qəti şəkildə pisləyib. Bu, sammitin qəbul etdiyi yekun bəyanatda əksini tapıb" - deyə, nazir qeyd edib.


Sammitdə baş tutan müzakirələr zamanı Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyaya qarşı hərbi əməliyyatın keçirilməsini dəstəkləyib. Öz növbəsində İraq, Əlcəzair və Tunis koalisiyanın Suriyanı bombalamasını pisləyib.

 

Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının sammiti Səudiyyə Ərəbistanının Dəhran şəhərində keçirilib.

 

X

XƏBƏRLƏR
BÖYÜT