PKK Türkiyədə hərbi bazaya hücum etdi - ŞƏHİDLƏR VAR
11:40 – 16 Aprel, 2018

PKK terrorçuları Türkiyənin Şırnak vilayətində hərbi bazaya hücum edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Bestlər-Dərələr bölgəsində yerləşən Quyutəpə hərbi hissəsində baş verib. Hücum nəticəsində üç hərbçi şəhid olub, biri yaralanıb.

 

Hücum uzaq məsafəni vura bilən silahlarla həyata keçirilib. Hərbi hissədən terrorçulara cavab atəşi açılıb. Şəhidlər və yaralı hərbçi helikopterlə Şırnak Dövlət Xəstəxanasına aparılıb. Bölgədə hava dəstəkli geniş əməliyyata başlanıb.

X

XƏBƏRLƏR
BÖYÜT