Ermənilər "Serjik, rədd ol!" deyir - İRƏVANDA ETİRAZ DALĞASI, NƏQLİYYAT DAYANDI
11:43 – 16 Aprel, 2018

Ermənistan paytaxtında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz əlaməti olaraq kütləvi aksiya keçirilir.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bu gün səhər "Vətəndaş müqaviləsi" partiyasının liderlərindən olan deputat Nikol Paşinyanın başçılığı ilə etirazçılar İrəvanın mərkəzi küçə və prospektlərində hərəkəti dayandırıb. Baqramyan və Maştos prospektləri, eləcə də Abovyan, Moskovyan, Saryan küçələri bağlanıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub.   

 

N. Paşinyan narahatlığa görə paytaxt sakinlərindən üzr istəyərək bildirib ki, siyasi aksiya keçirilir: "Biz bu cür kiçik narahatlıqla Serj Sarkisyan adlı daha böyük narahatlığın qarşısını almaq istəyirik".   

 

Geratsi və Koryun küçələrinin kəsişməsində "Mercedes" və "Hammer" avtomobilləri ilə gələn mülki geyimli şəxslər aksiya keçirən tələbələri döyərək təhqir edib.

 

X

XƏBƏRLƏR
BÖYÜT