Makron: "Suriyaya qarşı əməliyyatımız Türkiyə ilə Rusiyanı ayıracaq"
12:41 – 16 Aprel, 2018

"Suriyaya qarşı əməliyyatımız Türkiyə və Rusiyanı ayıracaq".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Fransa prezidenti Emanuel Makron deyib.

 

ABŞ və İngiltərə ilə birlikdə Suriyaya qaşı əməliyyatın uğurla başa çatdığını vurğulayan E.Makron, bütün tərəflərlə danışıqlarda maraqlı olduğunu bildirib: "Hədəfim Rusiya və Türkiyəni danışıqlar masasında görməkdir. Güc balansını bölgədə qorumaq üçün bu əməliyyat qaçılmaz idi. Buna baxmayaraq, sülh bombalar yağdırmaqla əldə edilmir. Biz Əsəd rejiminə müharibə elan etmədik. BMT və beynəlxalq hüququn pozulduğu yerə müdaxilə etdik".

 

Son dövrlərdə Suriya böhranında Fransanın da aktivləşdiyini qeyd edən ölkə lideri, Türkiyə, İran və Rusiya ilə də danışıqların vacibliyinə diqqət çəkib.

 

E.Makron Suriyada keçid dövrünü başladacaq siyasi qərarların hazırlandığını da qeyd edib.

 

X

XƏBƏRLƏR
BÖYÜT