Əsəd: "Bombardmandan öncə ailəmi Rusiyaya göndərdim"
13:29 – 16 Aprel, 2018

"Bombardmanlardan öncə ailəmi Rusiyaya göndərdim". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd belə bir açıqlama verib.


O, ailə üzvlərinin indi də Rusiyada olduğunu əlavə edib. Əsəd bunu yaxın ətrafı ilə Dəməşqdə keçirdiyi toplantıda onun ailəsi ilə maraqlanan şəxslərə bildirib.

Xatırladaq ki, aprelin 13-dən 14-ə keçən gecə ABŞ, Böyük Britaniya və Fransa hərbi qüvvələri Suriya ərazisinə zərbələr endirib.

 

X

XƏBƏRLƏR
BÖYÜT